YUMROO digər şəxlərin əqli mülkiyyətinə hörmətlə yanaşır və Sizdəndə bunu tələb edir. YUMROO-nun məhsul və xidmətlərinin istifadəsi zamanı aşkar olunan digər web saytların məzmununa görə heç bir cavabdehlik daşımır. Saytda göstərilən bütün materiallar müəllif hüquqları və Azərbaycanın və ya digər bir ölkənin əqli mülkiyyət qanunu ilə qorunur. Bu materialların istifadəsi zamanı bu cür internet saytların istifadə şərtlərini və YUMROO-ya aid olmayan saytların İstifadə Şərtlərini əldə rəhbər tutun.
YUMROO-nun siyasətinə əsasən müəyyən şərtlərdə müəllif hüquqlarını və ya YUMROO-nun əqli mülkiyyətini poza bilən və ya dəfələrlə pozan istifadəcilərin hesab qeydiyyatlarını bağlamaq və ya silmək hüququna malikdir.
Əqli Mülkiyyətin Pozulması barədə İddia Bildirişi və Bildiriş üzrə Agent
Əgər kimsə işinizin surətini çıxarıb və bununla Sizin müəllif hüquqlarınızı və əqli mülkiyyət hüququnuzu pozubsa, xahiş edirik aşağıda göstərilən məlumatı YUMROO-nun Müəllif Hüquqları üzrə Agentinə təqdim edəsiniz:
1. Müəllif hüququn və ya digər əqli mülkiyyət sahibinin adından fəaliyyət göstərmək səlahiyyəti verilən şəxsin elektron və ya fiziki imzası;
2. Sizin iddianıza gorə mülkiyyət hüquqları pozulan işinizin təsviri;
3. Mülkiyyət hüquqalrı pozulan materialın YUMROO saytinda dəqiq yeri;
4. Sizin ünvanınız, telefon nömrəniz və email ünvanınız;
5. Sizin mubahisəli məsələnin müəllif hüquqlari və ya əqli mülkiyyət, onun agenti və ya qanun vasitəsi ilə həll edilmədiy ibarədə qəti bəyanatınız;
6. Yuxarıda göstərilmiş məlumatın Bildirişdə dəqiq olması və Sizin müəllif hüququ və ya mülkiyyət hüququna malik olmağınız, müəllif hüququndan və ya əqli mülkiyyətdən istifadə etmək səlahiyyətinə sahib olmağınız haqda verilmiş yalan ifadənin qorxusu altında Sizin tərəfinizdən edilmiş bəyanat.
Müəllif hüquqların və əqli mülkiyyət hüquqlarının pozulması barədə YUMROO-nun Bildiriş üzrə Agentini xəbərdar edə bilərsiniz:
Poçt:
YUMROO MMC
AZ1001, Bakı, Azərbaycan,
İçəri Şəhər, Böyük Qala küç., 24
Telefon:
(+994 12) 492 11 28
Faks:
(+994 12) 492 11 28
E-mail
office@corp.yumroo.com
Nəzərə alın ki, əlavəli elektron məktubları təhlükəsizlik nöqteyi-nəzərindən qəbul olunmayacaqlar. Buna müvafiq olaraq, hüquqların pozulması barədə hər hansı bir email əlavə olunmuş sənədlə göndərilərsə, o, qəbul olunub baxılmayacaq.
